Yakutskda hərbi təcridxanada baş verən yanğında 5 nəfər ölüb

Yakutskda hərbi təcridxanada baş verən yanğında 5 nəfər ölüb

20 Dekabr 13:04
Bəyəndim (1) Bəyənmədim (0)


Rusiyada Yakutsk şəhərinin təcridxanasında baş verən yanğında 5 nəfər ölüb. Yakutiya əməliyyat qərargahı bölgənin hərbi komissarlığına istinadən xəbər verir ki, bölmələrini icazəsiz tərk etmiş hərbi qulluqçular orada saxlanılır.
Daha 7 nəfər tüstüdən zəhərlənib. Onlar xəstəxanadadırlar.
Yanğın yerli vaxtla gecə saat iki radələrində ikimərtəbəli binada baş verib, burada yerli sakinlərin sözlərinə görə, hərbi komendantlıq və Ukraynaya qarşı müharibə üçün toplama məntəqəsi var, “Sibirskiy Ekspress” qeyd edir.
Yanğının səbəbi hələlik məlum deyil.
May ayında Yakutiyada sosial şəbəkələrdə yaralandıqdan sonra cəbhəyə qayıtmaqdan imtina edən hərbçilərlə bu təcridxananın kamerasından video yayımlanıb. “Azad Yakutiya” Fondu hərbçilərin döyüldüyünü, işgəncələrə məruz qaldığını, tualetə getməsinə və qohumları ilə görüşməsinə icazə verilmədiyini, həmçinin Şamanın mahnılarını yüksək səslə tam həcmdə ifasına qulaq asmağa məcbur edildiyini bildirdi.
Hərbi prokurorluq işgəncə ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, videoda sərxoşluq səbəbindən kameraya göndərildiyi iddia edilən qaçışın 7 təşəbbüskarı əks olunub. Ümumilikdə, idarənin məlumatına görə, 26 nəfər qaçmağa cəhd edib.
Almaz Həsənli