5 dekabrda ölkəmizdə 650 min ağac əkiləcək

5 dekabrda ölkəmizdə 650 min ağac əkiləcək

28 Noyabr 2019 14:00
Bəyəndim (0) Bəyənmədim (0)

Nəsimi ili ilə əlaqədar Azərbaycanda 650 min ağacın əkilməsi kampaniyası 5 dekabr 2019-cu il tarixində gerçəkləşəcək.

Oxumeni.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin bütün regionlarında eyni anda ağac əkilməsinə start veriləcək. “Təbiətə öz töhfəni ver” devizi altında keçiriləcək kampaniya çərçivəsində ölkəmizdə bu vaxta qədər baş verməmiş hadisə reallaşacaq, bir gündə 650 min ağac əkiləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az