ABŞ erməni separatçılarına yardım göstərəcək?

ABŞ erməni separatçılarına yardım göstərəcək?

7 May 2021 13:34
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ konqresmeni Kris Smit Dağlıq Qarabağ üçün maliyyə yardımı ayrılmasını təklif edib.

Oxuməni.az xəbər verir ki, təklif müəllifi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvüdür.

Kris Smitin Qarabağdakı separatçılara 50 milyon dollar verilməsini istəyib.

Bu barədə ABŞ-ın “Hay Data” erməni komitəsi məlumat yayıb.

Nümayəndələr Palatası Alt Komitəsinin rəhbərlərinə göndərilən məktubda Smit 2020-ci ilin sentyabrında “Azərbaycanın başlatdığı müharibə nəticəsində Türkiyənin Dağlıq Qarabağda geniş dəstəyi ilə minlərlə insanın öldüyünü və yaralandığını, insanların evsiz qaldığını və həyati infrastrukturların məhv edildiyini” - qeyd edib.

Məktubun davamında o yazıb: “Qarabağ təhlükəsizliyi, mənzil, tibbi yardım və infrastrukturların bərpası üçün ən azı 50 milyon dollar məbləğində humanitar yardımın verilməlidir”.