İrəvan ordunu sürətlə müasir texnologiya ilə təchiz etməyə çalışır – Nə baş verir?

İrəvan ordunu sürətlə müasir texnologiya ilə təchiz etməyə çalışır – Nə baş verir?

8 May 2021 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan yanvar-aprel aylarında Türkiyədən 117,3 milyon dollarlıq silah alıb. 2021-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə Azərbaycan türk silahlarının satın alınmasında ikinci yeri tutub. Yanvar-aprel aylarında Türkiyədən müdafiə və aviasiya məhsullarının ixracatı əvvəlki ilin eyni dövrünə nisbətən 47,7 faiz artaraq – 949,744 milyon dollara çatıb. Əsas alıcı isə 2021-ci ilin yanvar-aprel aylarında 386.113 milyon dollarla ABŞ olub. Yəni müvafiq dövrdə Azərbaycan Türkiyədən 117,315 milyon dollara hərbi məhsul alıb ki, bu da bir il əvvələ nisbətən 13,3 dəfə çoxdur.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli deyib. O statistik məlumatları belə şərh edib:

1. Qarabağ müharibəsi metal – tank dövrünü rəsmən bitirib.

2. 2016-cı ilin aprel döyüşlərindən sonra Azərbaycan rus silahlarından imtina edərək, Türkiyə, İsral və digər bazarlara yönəldi.

3. Beşinci nəsil savaş silahları dövrü – PUA, robot əsgərlər, radiasiya stansiyaları, izləmə və s. modern texnologiyalarla müharibələrin gedişinin dəyişdiyi və gələcəyə də məhz bu prizmadan baxmaq lazım olduğunu görürük.

4. Məğlubiyyətdən sonra İrəvan sürətlə ordunun müasir texnologiya ilə təchizatına üstünıük verməyə çalışacaqdır ki, həmişə bir addım öndə olmağa sadəcə məcburuq.

5. Alınan məhsulların xarakteri göstərir ki, müasir müharibələrin taleyini yer yox, səmada hökmranlıq həll edir.

6. Böyük həddə ciddi artım isə onu ehtiva edir ki, Azərbaycan düşmənə (konkret İrəvan deməyə bilərik) ciddi yanaşır, münaqişələri sürətlə həll etməyi düşünür, canlı itki verməməyi hesablayır.