Koçaryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırdı

Koçaryan Ermənistanın sabiq prezidentlərini hakimiyyətə qarşı mübarizəyə çağırdı

9 May 2021 19:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan sabiq dövlət başçıları Levon Ter-Petrosyana və Serj Sarkisyana hakimiyyətə qarşı var qüvvə ilə mübarizə aparmağı təklif edib.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Robert Koçaryan deyib:.

"Mən birinci və üçüncü prezidentlərə (Ter-Petrosyana və Sarkisyana - red.) bu hakimiyyətə qarşı mübarizə aparmağı, hər gün mübarizə aparmağı təklif edirəm və əgər mübarizə aparmaq niyyətindədirlərsə, deməli müvəffəqiyyətə nail olacağıq, bu ümumi müvəffəqiyyət olacaq"..

Koçaryanın sözlərinə görə, bunun üçün vahid blokun formalaşması vacib deyil və o seçkilərə ayrı ittifaqla getməyə qərar verdi. "Əgər onlar (sabiq prezidentlər – red.) bütün qüvvələri ilə bu mübarizəyə daxil olsalar bunu alqışlayacağıq", - Koçaryan qeyd edib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verir. O qeyd edib ki, seçkiqabağı dövrdə hökumət başçısı vəzifələrini icrasını davam etdirəcək. Paşinyan növbədənkənar parlament seçkilərinin iyunda keçiriləcəyini elan edib.