Solovyov Vanesyanı ələ saldı: Krım sizindir, yoxsa bizim?-Video

Solovyov Vanesyanı ələ saldı: Krım sizindir, yoxsa bizim?-Video

9 İyun 2021 21:25
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, "Şərəfim var" seçki blokunun lideri Artur Vanetsyan “Solovyev live” proqramında absurd fikir səsləndirib.

Oxuməni.az xəbər verir ki, Ermənistanın MTX-nin sabiq rəhbəri, hazırda müxalifət liderlərindən hesab olunan Vanetsyan erməni millətinə xas şəkildə Ukraynaya torpaq iddiası irəli sürüb.

Belə ki, o, aparıcının "Krım kimindir" sualına "Krım bizimdir" deyərək cavab verib.

Vanetsyanın belə anormal açıqlaması ermənipərəst mövqeyi ilə seçilən rusiyalı teleaparıcı Vladimir Solovyovun gülüşünə səbəb olub. Solovyov ardınca “Krım sizindir, ya bizim?” deyərək ondan dəqiq cavab tələb edib. Vanetsyan bu dəfə Krımın Rusiya torpağı olduğunu deyib.