Putin Baydeni aldatmağa hazırlaşır: Səfir Sallivan bununla bağlı Ağ Evə xəbərdarlıq edib

Putin Baydeni aldatmağa hazırlaşır: Səfir Sallivan bununla bağlı Ağ Evə xəbərdarlıq edib

10 İyun 2021 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ağ Ev Vladimir Putin və Co Baydenin Cenevrədə görüşəcəyini elan edər-etməz ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan senatorlara bununla bağlı narahatlığını dərhal çatdırıb.

Oxuməni.az xəbər verir ki, bu barədə CNN-nin məlumatında deyilir. Belə ki, səfir ABŞ-ın Rusiyaya qeyd-şərtsiz güzəştə gedəcəyindən ehtiyat edib. Həmin ərəfədə Senatın beynəlxalq əlaqələrlə bağlı baş tutan iclasında C.Sallivan Putinin ABŞ-la pis rəftər etdiyini, Bayden administrasiyasının sələflərinin səhvlərini təkrar etmək təhlükəsi yarandığını bildirib.

Diplomat Baydenin situasiyanı ayıq başla qiymətləndirməsi gərəkdiyini əlavə edib:

“Hazırki və bundan öncəki administrasiyaların bütün cəhdlərinə (sanksiya, diplomatik manevrlər – red.) baxmayaraq, Putin əslində heç dəyişməyib”.