Robert Köçəryan: “ Paşinyan Şuşanı qəsdən təslim edib"

Robert Köçəryan: “ Paşinyan Şuşanı qəsdən təslim edib"

10 İyun 2021 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

“Şuşanın qəsdən təslim edilməsi barədə ağlabatan şübhələrim var”.

Oxuməni.az xəbər verir ki, bunu “Ermənistan” seçki blokunun rəhbəri Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı ölkədə səfərbərlik qeyri-mütəşəkkil aparılıb. “Şuşaya gəldikdə, azərbaycanlılar şəhərə hərbi texnika olmadan daxil olublar. Hadrutdan meşə içi ilə pikaplarla. Şübhələrin mənbəyi budur. Niyə yol boyu heç bir yerdə onları saxlamayıblar? Belə bir fürsət var idi. İnsanlar Şuşanın təslim edildiyi müqavilə barədə düşünmək üçün əsaslı səbəblərə sahibdir. Məndə belə bir şübhə var. 5 milyard haqqında söhbət boş söhbət deyil. Belə bir təklif olub”.

Robert Köçəryan vurğulayıb ki, Rusiya Prezidentinin ardıcıl köməyi olmasaydı, hakimiyyət indi ermənilərin qoruyub saxladıqları ərazini də təslim edəcəkdilər.

Ermənistanın ikinci prezidenti baş nazir Nikol Paşinyanın öz oğlunu Bakıdakı əsir ermənilərlə dəyişdirmək fikrini "debillik" kimi səciyyələndirib. “Gümrüdə əsirlərin valideynləri ilə görüşdüm. Ayıbdır ki, hələ də neçə əsir, neçə nəfərin itkin olduğu məlum deyil. Valideynlərinin vəziyyəti daha da ağırdır. Hətta məsələni müzakirə etmək belə çətindir. Ən pisi, dövlət itkin düşənlərin ailələrinin ağrısını azaltmağa çalışmır. Üç uşağı olan itkin şəxsin həyat yoldaşına heç kim ona kömək etmir. Hökumət başçısı oğlunu əsirlərlə dəyişməyi təklif edir. Biz orta əsrlərdə yaşamırıq. Hamı bunun əhalinin müəyyən bir hissəsi üçün ucuz bir populist hiylə olduğunu başa düşür. Bunun olmayacağı aydındır. Bunu necə təsəvvür edirsən? 21-ci əsrdə? Bu bəsit debillikdir”.