Karlos Petrosyan: Serj Sərkisyanın 95% antireytinqlə siyasətə qayıtması Paşinyanın xeyrinədir

Karlos Petrosyan: Serj Sərkisyanın 95% antireytinqlə siyasətə qayıtması Paşinyanın xeyrinədir

12 İyun 2021 18:31
Bəyəndim (0) Bəyənmədim (0)

Əgər Serj Sərkisyan Paşinyana həqiqətən zərər vermək istəsəydi, sizi əmin edirəm ki, o, daha ciddi material təqdim edərdi. Ümumilikdə Serj Sərkisyan faktiki olaraq göstərdi ki, Paşinyana qarşı ciddi heç nəyi yoxdur. Digər tərəfdən Sərkisyan göstərdi ki, Nikol kristal kimi təmizdir.

Oxuməni.az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Karlos Petrosyan deyib.

“Serj Sərkisyanın 95% antireytinqlə siyasətə qayıtması, Paşinyanın xeyrinədir. İnqilabın onu devirməsindən sonra Serj Sərkisyan məhkəmə qarşısına çıxarılmalı, sonra həbsxanaya düşməli idi. 10 illik idarəçilik dövründə o, Ermənistanın daxili borcunu 600% artırdı və Robert Köçəryanın qoyub getdiyi dövləti tam məhv etdi. Lakin bu baş vermədi. Əksinə Sərkisyan partiyada liderliyini saxladı və bu gün o faktiki olaraq yenidən doğulur. Bunu Sərkisyan faktiki olaraq Robert Köçəryanın hesabına edir. Belə çıxır ki, Serj Sərkisyan bir tərəfdən Paşinyanı müdafiə edir, onun reytinqini seçki kampaniyasında iştirakla dəstəkləyir, digər tərəfdən Köçəryanın səslərini alır və Vladimir Putinin bostanına daş atır”, – deyə o bildirib.