Ermənistan hökuməti ABŞ-a təşəkkür etdi

Ermənistan hökuməti ABŞ-a təşəkkür etdi

13 İyun 2021 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən 15 erməni hərbi əsiri vətənə dönüb. Proses ABŞ və Gürcüstan səlahiyyətlilərinin vasitəçiliyi ilə keçirilib, bunun üçün Ermənistan Respublikasının hökuməti Amerika Birləşmiş Ştatları Prezidentinin Administrasiyasına və Gürcüstan hökumətinə təşəkkür edir.

Oxuməni.az bildirir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorgyan Facebook səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, bütün erməni hərbçilərinin geri qaytarılması Ermənistan hökuməti üçün prioritet əhəmiyyət daşıyır.

"Biz Ermənistan tərəfinin, bütün beynəlxalq tərəfdaşların köməyi ilə, humanitar prosesi davam etdirməyə və konstruktiv addımların atılmasına sadiqliyini təsdiq edirik", - deyə M.Gevorgyan vurğulayıb.