İranın yeni prezidenti kim olacaq?

İranın yeni prezidenti kim olacaq?

17 İyun 2021 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Sabah İranda növbəti prezident seçkiləri keçiriləcək.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu seçkilərdə prezident kürsüsü uğrunda mübarizə aparan 4 namizəddən hansı birinin qalib gəlməsi isə Azərbaycan üçün ciddi əhəmiyyət kəsb etmir. Çünki istənilən halda İranın idarə edilməsi ölkənin ali dini rəhbərinin əlindədir və yeni prezident ikinci, hətta üçüncü dərəcəli funksiyanı həyata keçirir. Xatırladaq ki, seçkiyə 7 namizəd qeydə alınmışdı, 4-ü qaldı, 3-ü namizədliyini geri götürdü. Prezident seçkilərində iştirak edənlərdən Əlireza Zakani, Səid Cəlili və Möhsün Mehralizadə isə namizədliklərini geri götürüblər.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Elxan Şahinoğlu:

“Birinci iki siyasətçi namizədliklərini mühafizəkarların lideri sayılan İbrahim Rəisinin xeyrinə geri götürdüklərini bildiriblər. Hər ikisi tərəfdarlarını seçkidə İbrahim Rəisiyə səs verməyə çağırıblar. İslahatçı namizəd sayılan Möhsün Mehralizadə isə tərəfdarlarına kimi dəstəkləməyi məsləhət görməyib. Bununla da Əbdülnasir Həmmati seçkidə yeganə islahatçı namizəd kimi qalıb”,-deyib.

E.Şahinoğlu belə hesab edir ki, ki, böyük ehtimalla Əlireza Zakani və Səid Cəlili namizədlikləri qeydiyyatdan əvvəl İbrahim Rəisini dəstəkləyəcəklərini müəyyənləşdirmişdilər.

“Yəni hər iki namizəd faktiki İbrahim Rəisinin “layihəsi” olub. İranda keçiriən son rəy sorğusu prezident seçkisində İbrahim Rəisinin qələbə çalacağını göstərir. İbrahim Rəisi son sorğunun nəticəsinə görə, 57 faizlə irəlidədir. O biri namizədlər 2-5 faiz arasındadırlar. Misal üçün, namizədliklərini geri götürən 3 namizədin toplam reytinqi 5 faiz civarında idi. Ancaq İranda sorğu nisbi xarakter daşıyır. Son sözü həmişəki kimi ölkə əhalisinin əksəriyyətini təşkil edən İran gəncliyi deyəcək və sürpriz istisna deyil. Seçkiyə bir neçə gün qalmış İŞİD qruplaşmasına məxsus terrorçular İran-İraq sərhədində partlayış törədiblər. Onlar elektrik xəttini partladıblar. Nəticədə İrandan İraqa elektrik ixracına bir müddət fasilə verilib. Seçki günü İranın bütün məntəqələrində təhlükəsizlik tədbirləri artırılacaq”.

Beləliklə sabah İranda prezidentlik uğrunda aşağıdakı 4 yarışacaq: İbrahim Rəisi, Möhsün Rezai, Əbdülnasir Həmmati, Əmirhüseyn Qazizadə Haşimi. Mühafizəkar namizəd İbrahim Rəisi seçkilərin əsas namizədi sayılır. İbrahim Rəisinin rəqiblərindən heç biri onun qədər nüfuzlu fiqur sayılmır.