Şok iddia: Bayden yaddaşını itirib, nə baş verdiyini, harada olduğunu bilmir

Şok iddia: Bayden yaddaşını itirib, nə baş verdiyini, harada olduğunu bilmir

18 İyun 2021 11:58
Bəyəndim (1) Bəyənmədim (0)

Donald Trampın prezidentliyi dövründə Ağ Evdə həkim olan Texas ştatının senatoru Ronni Cekson hazırkı ABŞ lideri Co Baydenə ölkəyə rəhbərlik etməyə zehni olaraq hazır olduğunu sübut etmək üçün yaddaş testindən keçməsinin lazım olduğunu bildirib.

Oxuməni.az xəbər verir ki, bu barədə konqresmenin saytında məlumat verilib.

Keçmiş Tramp həkiminin və digər 13 Respublikaçı konqresmenin imzaladığı məktubda prezidentin zehni tənəzzülü və unutqanlığıdan bəhs edilir. Konqresmenlər Ağ Evi Baydenin yaddaş testlərinin nəticələrini yayımlamağa çağırır.

“Amerika xalqı seçdiyi liderinin tələb edilən vəzifələri yerinə yetirə biləcəyini və zehni vəziyyətini bilməyə layiqdir”, - məktubda bildirilib.

Konqresmen yazır: “Baydenin zehni pozğunluğunu nəzərə alaraq, onun yaddaş testindən keçməsinin vaxtının gəldiyini düşünürəm”.

Onun sözlərinə görə. Bayden nə baş verdiyini, haradan olduğunu bilmir, həmişə çox qarışıq olur.

May ayında 120-dən çox təqaüdçü admiral və generalı açıq məktub yazaraq, Baydenin prezident seçkilərindəki ədalətli qələbəsinə və ruhi durumuna şübhə etdiklərini bildiriblər.

Bundan əvvəl Ağ Ev Co Baydenin müayinə edildikdən sonra səhhəti barədə danışacağını açıqlayıb. 78 yaşlı Bayden ABŞ tarixindəki ən yaşlı prezidentdir.