Sünikdə itkin düşən erməni hərbçilər tapılmır

Sünikdə itkin düşən erməni hərbçilər tapılmır

31 İyul 2021 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan ordusunun Sünik əyalətində itkin düşən iki hərbi qulluqçunun artıq 16 gündür davam edən axtarışları nəticəsiz qalıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Agentlik bildirib ki, Müdafiə Nazirliyi bu hərbi qulluqçular haqqında heç bir informasiyaya malik deyil, amma axtarışlar davam edir.

Hadisə iyulun 14-də sübh çağı baş verib. Hərbi qulluqçular - Artur Nalbandyan və sürücü Aramais Torozyan dumanlı hava şəraiti səbəbindən yolu azıblar və itkin düşüblər.

Qeyd edilir ki, Rusiya tərəfi də həmçinin hərbi qulluqçuların axtarışlarında iştirak edir.