Türkiyənin generallarını Azərbaycana göndərməsinin səbəbi bilindi

Türkiyənin generallarını Azərbaycana göndərməsinin səbəbi bilindi

16 Sentyabr 2021 14:15
Bəyəndim (17) Bəyənmədim (0)

"Bir Ordunun qiyməti onun zabitləri və generalları ilə bağlıdır".

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu Milli.Az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ordunun ehtiyatda olan generalı Yücel Karauz deyib.

General bildirib ki, Türkiyənin 4 generalının Azərbaycanda təyinat verməsinin əsas səbəblərindən biri Azərbaycan Sİlahlı Qüvvələrinin türk ordusu modelinə keçməsi üçündür:

"Türkiyə Cümhuriyyətinin 3 yerdə generalları var: Moskvada, Vaşinqtonda və Bakıda. Türkiyənin generallardan ikisini xüsusi təyinatlı hərbi qrupa, ikisini sülhməramlıların Birgə Monitorinq Mərkəzinə, birini də hərbi attaşe olaraq təyin etməsi Şuşa ruhu və Şuşa Bəyannaməsinə uyğun olaraq Türkiyə-Azərbaycan qardaşlığının bir göstəricisidir.

Biz bu bölgədə Prezident İlham Əliyevin tapşırıqlarını yerinə yetirmək, türk ordusu modelinə keçmək, güclü bir silahlı qüvvələrə, güclü bir dövlətə sahib olmaq üçün çalışırıq. Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilməsi də bunun təsdiqidir. İnşallah qarşıdakı zamanlarda bunun uğurlu nəticələrini görəcəyik".

Qeyd edək ki, Azərbaycanda Türkiyə Silahlı Qüvvələrini təmsil edəcək Xidmət Qrupu Komandanlığına 4 general təyin edilib. Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi general-mayor Bəxtiyar Ersay Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin edilməklə Türkiyə Baş Qərargahının əmrinə verilib. Həmçinin, general Abdulla Qatırçı da Azərbaycan Xidmət Qrupu Komandanlığının Birgə Mərkəz Komandanlığına təyin edilməklə Egey Ordu Komandanlığına təyinat alıb. General Ender Güner Azərbaycan Xidmət Qrupu Komandanlığının Baş qərargah rəisi təyin edilib. Bununla yanaşı, Türkiyə Silahlı Qüvvələrinin Bakıdakı hərbi atteşesi də dəyişib. Yeni hərbi atteşe general Zəkəriyyə Yalçın təyin olunub.