Rusiya MN Ağdam rayonu ərazisini "Azərbaycan sərhədi" kimi qəbul etdi...

Rusiya MN Ağdam rayonu ərazisini "Azərbaycan sərhədi" kimi qəbul etdi...

17 Sentyabr 2021 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

“Rusiya sülhməramlıları Janatyaq kəndindən Dağlıq Qarabağın Mardakert rayonunda yerləşən bir mobil şəbəkə qülləsinə gedən torpaq yolun tikintisi zamanı işin təhlükəsizliyini təmin edib. Mobil şəbəkə qülləsi tərəflərin təmas xəttinin yaxınlığında yerləşir və müntəzəm baxım tələb edir. Rayon administrasiyasə obyektə xidmət etməkdən ötrü torpaq yol tikməyə qərar verib və təhlükəsizliyi təmin etmək üçün Rusiya sülhməramlı kontingenti ilə əlaqə qurub”.

Oxuməni.az xəbər verir ki, bu cümlələr Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında bu gün Moskva vaxtilə saat 05:00-da yayılıb.

Göründüyü kimi, Rusiyanın dövlət qurumu 10 aydan çox müddətdəki şakərinə sadiq qalmaqla prezident Putinin “beynəlxalq hüquq baxımından Azərbaycana məxsus ərazi” adlandırdığı torpaqlarımızdakı toponimləri təhrif edərək onları ermənilərin istədiyi kimi adlandırmaqda davam edir. İnzibati-hüquqi cəhətdən Tərtər rayonuna aid olan Canyataq kəndinin adı isə saytda kobud şəkildə “Janatyaq” kimi yazılır...

Bunlar azmış kimi, Rusiya MN saytı separatçı erməni məmurun Tərtər rayonunun Canyataq kəndi ilə yaxın - Azərbaycanın bilavasitə nəzarətində olan digər ərazisini “Azərbaycan sərhədi” adlandırmasına da göz yumaraq onun işlətdiyi cümləni dəyişmədən təqdim edir. Bu da dolayısıyla separatçılarla razılaşmaq, onların dediklərini qəbul etmək deməkdir...

“Mobil şəbəkə qülləsinə yol çəkəcəyik. Sülhməramlılara üz tutduq ki, görülən işlərin təhlükəsizliyi təmin olunsun. Çünki yol Azərbaycan sərhədindən(!-S.L.) 200 metr aralıdan keçir. Qüllə Janyataq kəndi yaxınlığında yerləşir” – deyə Qarabağdakı separatçı rejimin qanunsuz inşaat şirkətinin nümayəndəsi Andranik Musaelyan bildirib.

Qeyd edək ki, Tərtər rayonunun 10 noyabr üçtərəfli razılaşmasına əsasən rəsmən müvəqqəti olaraq Rusiya hərbi kontingentinin nəzarətinə verilmiş Canyataq kəndi Ağdam rayonunun işğaldan azad Qalayçılar və Papravənd kəndlərinin yaxınlığında yerləşir...Moderator.az