Azərbaycanı ABŞ-ın regionda potensial strateji müttəfiqlərindən biri hesab etmək olar

Azərbaycanı ABŞ-ın regionda potensial strateji müttəfiqlərindən biri hesab etmək olar

17 Sentyabr 2021 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ilin 1 noyabrında ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonla görüşəndən sonra Nikol Paşinyan parlamentdə dedi ki, İranla sərhəd istənilən an bağlana bilər. O zaman aydın idi ki, Paşinyanın sözlərində ABŞ-ın İranın bloklanması planları əks olunub.

Oxuməni.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.

“Paşinyanın bəyanatından 3 il sonra İran yolu faktiki olaraq bağlanıb. Nəqliyyat arteriyası Azərbaycan sərhədçilərinin xoş iradəsindən asılıdır. 2021-ci ilin 15 sentyabrında parlamentdə aydın oldu ki, 2020-ci il müharibəsinin bitməsindən sonra Nikol Paşinyan Gorus-Qafan yolundan İran nəqliyyat vasitələrinin azad keçidi barədə razılığa gəlməyi unudub. Qeyd etmək lazımdır ki, Bakının bütün tələblərinə şifahi razılıq verən Paşinyan bu yolu Azərbaycana verməyi faktiki olaraq unutmayıb. Görünür, onun ağlına azərbaycanlılarla İran maşınlarıyla bağlı razılaşmaq gəlməyib.

Xatırlamaq lazımdır ki, Boltonun regionun transformasiyası proqramı təkcə İran faktorunun məhvini nəzərdə tutmur, bu, həm də ümumilikdə bütün Yaxın Şərqin geosiyasi transformasiya planıdır. Boltona görə, Türkiyə ABŞ-ın regionda ən davamlı müttəfiqidir. İranın zəifləməsindən sonra regionda yaranan boşluğu Ankaranın doldurması məntiqlidir.

Bolton həmişə hesab edib ki, ABŞ güclü müttəfiqlərə sahib olmalıdır, çünki zəiflər amerikalılara fayda vermir. Diplomata görə, Azərbaycan Türkiyənin Cənubi Qafqazdakı davamçısıdır. Üstəlik, indiki İranın əhəmiyyətli hissəsini azərbaycanlıların təşkil etdiyi nəzərə alınır. İranın parçalanmasında vacib rol rəsmi Bakıya həvalə edilib. Boltona görə, Azərbaycanı ABŞ-ın regionda potensial strateji müttəfiqlərindən biri hesab etmək olar və hər şeyi etmək lazımdır ki, bu ölkə güclənsin. Ümumilikdə Bolton planının hədəfi İran, onun reallaşdırılmasında tərəfdaşlar isə Türkiyə və Azərbaycandır, Rusiya isə strateji hədəfdir”, – deyə o iddia edib.

Politoloq bu işdə Ermənistanın vasitə kimi istifadə edildiyini, əvəzində ondan Türkiyə və Azərbaycanla düşmənçilik kimi streotiplərindən və Qarabağdan imtina edilməsinin istənildiyini vurğulayıb.

O, bunların hamısının Paşinyan tərəfindən reallaşdırıldığını bildirib