Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

18 Sentyabr 2021 23:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Polisinin Operativ İdarəsinə banklardan birinin paytaxt Yerevanın Baqramyan prospektindəki filialında siqnalizasiyanın işə düşməsi barədə məlumat daxil olub.

Oxuməni.az xəbər verir ki, hadisə yerinə gedən polis əməkdaşıarı bankın filialının şüşəsinin sındırıldığını, həmçinin zalda bir kişini aşkarlayıblar. Binaya daxil olan polis əməkdaşları onu zərərsizləşdiriblər. Bundan sonra əraziyə təcili yardım çağırılıb və o, tibb mərkəzinə aparılıb.

Araşdırmalar zamanı həmin şəxsin Rusiya vətəndaşı, 31 yaşlı Stanislav K. olduğu müəyyənləşdirilib. Məlum olub ki, o, Ermənistana 2 gün əvvəl gəlib.

Fakt üzrə araşdırma aparılır.