İndoneziyada ən çox axtarılan terrorçu öldürülüb

İndoneziyada ən çox axtarılan terrorçu öldürülüb

19 Sentyabr 2021 08:18
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın ən çox axtarılan terrorçusu, İŞİD qruplaşması ilə əlaqədə olan Əli Kalora genişmiqyaslı antiterror kampaniyasının gedişatında baş verən atışmada öldürülüb.

Oxuməni.az xəbər verir ki, bu barədə İndoneziya hərbçilərinə istinadən ABC Nevvs bildirib.

Mərkəzi Sulavesi regional hərbi idarəsinin rəhbəri Fərid Makruf qeyd edib ki, Əli Kalora atışmanın gedişatında öldürülmüş iki silahlıdan biri olub. O, digər şübhəli ekstremistin Caka Ramazan olduğunu deyib.

"Əli Kalora ən çox axtarılan terrorçu idi", - Makruf deyib. Qruplaşma 2014-cü ildə İŞİD-ə sədaqət andı içib.

O, həmçinin vurğulayıb ki, təhlükəsizlik qüvvələri qruplaşmanın dörd şübhəli üzvünü axtarır.