İqlim dəyişikliyi ağır fəsadlara yolaçacaq: 200 milyon adam miqrasiya edəcək

İqlim dəyişikliyi ağır fəsadlara yolaçacaq: 200 milyon adam miqrasiya edəcək

19 Sentyabr 2021 09:18
Bəyəndim (0) Bəyənmədim (0)

İqlimin dəyişməsi dünyanın 6 bölgəsində 2050-ci ilə qədər 216 milyon insanı mirasiyaya məcbur edə bilər.

Oxuməni.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında söhbət açılır.

Qeyd olunur ki, artıq 2030-cu ilə qədər daxili klimatik miqrasiyanın «qaynar nöqtələri» meydana çıxa bilər və 2050-ci ilə qədər güclənər. Bu zaman, Dünya Bankının mütəxəssisləri hesab edirlər ki, qlobal tullantılanın azaldılması üzrə ləngimədən razılaşdırılmış fəaliyyət, yaşıl inklüziv və dayanıqlı inkişaf klimatik miqrasiyanın miqyasını 80 faiz azalda bilər.

Onların fikrincə, iqlimin dəyişməsi ölkələr daxilində miqrasiyanın güclü amilinə çevrilir və yaşamaq üçün vəsait qazanmaq imkanlarına təsir stərir.

"İnsanlar su defisitinin artması səbəbilə yerlərini dəyişməyə məcbur olurlar, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür və dəniz səviyyəsi qalxır" - hesabatda deyilir.

Tədqiqatlar həm də göstərir ki, 2050-ci ilə qədər Afrika ölkələrində - Saxaranın cənubunda 86 milyon, Şərqi Asiya və Sakit okean bölgəsndə 49 milyon, Cənubi Asiyada 40 milyon, Şimali Afrikada 10 milyon, Latın Amerikasında 17 milyon, Şərqi Avropada və Mərkəzi Asiyada 15 milyon daxili klimatik miqrant meydana gələ bilər.

Oxuməni.az