İran  Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək

İran Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə yardım edəcək

22 Sentyabr 2021 06:17
Bəyəndim (0) Bəyənmədim (0)

Bir neçə saat əvvəl İran prezidenti İbrahim Rəisi İran və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsinə, həmçinin İrəvanın təhlükəsizliyinin qorunmasına çağırdı. Bu barədə Fars agentliyi xəbər verir.

Oxuməni.az xəbər verir ki, İbrahim Rəisi baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyana Ermənistanın müstəgillik günü ilə münasibəti ilə təbrik məktubu göndərib. Məktubda Rəisi qeyd edib ki, İran və Ermənistan arasında ikitərəfli və beynəlxalq müstəvidə münasibətlərin genişləndirilməsi iki ölkənin maraqlarına cavab verir. İran prezidenti məktubunda yazır: "Zənnimcə, iki tərəfin səyləri və ciddiliyi regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində böyük nailiyyətlərin əldə olunmasına səbəb olacaq və iki dost ölkənin maraqlarını təmin edəcək".