İran XİN-in dost qınağına tərbiyəsiz və düşmən cavabı

İran XİN-in dost qınağına tərbiyəsiz və düşmən cavabı

28 Sentyabr 2021 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

“İki ölkə arasında mövcud olan yaxşı və hörmətli münasibətləri, həmçinin tərəflər arasında normal ünsiyyət vasitələri olduğunu nəzərə alsaq, bu məsələ barədə bu formada danışmaq təəccüblüdür”.

Oxuməni.az xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin təmsilçisi Səid Xətibzadə Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə İranla münasibətlərə dair verdiyi açıqlamanı şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin bəyanatı onlar üçün gözlənilməz olub.

“İki ölkənin xarici işlər nazirləri BMT-nin Baş Assambleyasında bu və digər məsələlər barədə ciddi və konstruktiv müzakirələr aparıblar və bu danışıqları müvafiq zəmində davam etdirmək barədə razılıq əldə olunub.

İran İslam Respublikası ərazi işğalını qəbul etmədiyini, ölkələrin ərazi bütövlüyü və beynəlxalq sərhədlərin dəyişməzliyinə hörmətini həmişə bəyan edib. Mehriban qonşuluq münasibətlərinə gəlincə, bu, qonşularımızın yadda saxlamalı olduğu mühüm məsələdir, - İran XİN-in sözçüsü deyib.
Səid Xətibzadə həmçinin İranın şimal-qərb sərhədlərində keçirilən hərbi təlimlər məsələsini də şərh edib:

“Bu, suverenlik məsələsidir. Təlimlər bütün regionda sabitliyin və sülhün möhkəmləndirilməsi məqsədilə keçirilib. Əlbəttə, aydındır ki, İİR öz sərhədlərinin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcək və öz milli təhlükəsizliyinin təminatı üçün bütün lazımi addımları atacaq”, -

Qeyd edək ki, bu günlərdə “Anadolu” agentliyinə müsahibə verən Prezident İlham Əliyev İranın yük maşınlarının Dağlıq Qarabağa yük daşımalarını tənqid edib və bildirib ki, bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir.

Bundan başqa, cənab Əliyev İranın Azərbaycan sərhədlərində hərbi təlim keçirməsini də tənqid edib, deyib ki, Azərbaycan torpaqlarını erməni işğalı altında olduğu 30 ildə heç vaxt keçirilməyib.