İran Zəngəzura girə bilməz: Girsə qarşısında ABŞ və NATO-nu, Rusiyanı, Türkiyəni, Azərbaycanı və Israili  görəcək

İran Zəngəzura girə bilməz: Girsə qarşısında ABŞ və NATO-nu, Rusiyanı, Türkiyəni, Azərbaycanı və Israili görəcək

14 Oktyabr 2021 09:27
Bəyəndim (2) Bəyənmədim (0)

İran Zəngəzura girə bilməz: Girsə qarşısında ABŞ və NATO-nu, Rusiyanı, Türkiyəni, Azərbaycanı və Israili görəcək

Oxuməni.az xəbər verir ki, bu fikirləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Tehranın Ermənistan ərazisinə hərbi kontingent yeridilməsi ideyasına dair müxtəlif ekspert icmalarının fikirlərini şərh edərkən Axar.az-a açıqlamasında bildirib.

“Mən bu cür mülahizələri “Reqnum” informasiya agentliyinin “analitikləri”ndən eşitmişdim, lakin onların halüsinasiyalarını sözsüz ki, qəbul etmirəm. Buna görə də mən bu cür informasiya axınlarına istehza ilə yanaşıram”, - deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, bu gün İranın, demək olar ki, bir dənə də müttəfiqi yoxdur. İran ordusu Zəngəzura girəcəyi təqdirdə onun tərəfində müxtəlif ölkələrə yerləşdirdiyi hərbiləşdirilmiş qruplaşmaları belə dura bilməyəcək. Çünki onların özləri elə İran tərəfindən maliyyələşdirilir və silahlandırılır, buna görə də ciddi qarşıdurma baş versə, bu qruplaşmalar İrana dəstək yox, yük olacaq.

“İran qoşunlarının bu regiona yeridilməsi tarixdə ilk dəfə olaraq ABŞ və NATO ölkələrinin Rusiya ilə birgə koalisiya təşkil edərək Tehrana qarşı çıxmasına səbəb olacaq. Buraya İsrail, Türkiyə və əlbəttə ki, Azərbaycan da daxil olacaq. Sözsüz ki, Çin narazı olacaq, amma Ermənistanın maraqlarına görə Pekin çətin ki, İranın tərəfində döyüşə girsin.

Artıq bir faktı hamı qəbul etməlidir: Zəngəzur nəqliyyat dəhlizinin arxasında Putinin imzası dayanır və Kreml heç kimə buna qəsd etməyə imkan verməyəcək”, - deyə həmsöhbətimiz qeyd edib.