İraq  İrana arxa çevirir: Tehran şər və terror yuvasıdır

İraq İrana arxa çevirir: Tehran şər və terror yuvasıdır

14 Oktyabr 2021 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabrın 10-da İraqda növbədənkənar parlament seçkiləri keçirilib. Bu seçkilər 2019-cu ildə baş verən kütləvi etirazlardan sonra təyin olunmuşdu. Əsas mübarizə Hadi əl-Amerinin başçılıq etdiyi İran meylli FƏTH partiyası ilə İraqın müstəqil kursunda israr edən nüfuzlu şiə din xadimi Müqtəda əs-Sədrin siyasi bloku arasında gedib.

Dağıntılar içində infrastrukturlar, başdan-başa korrupsiya, koronavirus pandemiyası, Açıq-aşkar dövlət institutlarına saymazyana yanaşaraq hakimiyyəti öz əlində cəmləməyə çalışan və sürətlə kriminallaşan İran meylli qruplaşmalar - İraqda parlament seçkiləri bu cür ab-havada keçirilib.

İraq parlamenti İranın ölkədəki təsirlərinin azaldılmasına tərəfdar olan qüvvələrin nəzarətinə keçdi...

Bu seçkilərdən iraqlıların nikbin gözləntiləri sıfıra yaxındır. Əgər 2018-ci ildə rekord aşağı seçici iştirakı- 44% qeydə alınmışdısa, bu dəfə antirekord təzələndi: seçki məntəqələrinə seçicilərin cəmisi 41%-i gəldi.

Ancaq onlar da fikirlərini yetərincə aydın ifadə etdilər - 2019-cu ilin kütləvi etirazlarında iraqlıların Kərbəla və Ən-Nəcəfdəki İran konsulluqlarına hücum çəkərkən səsləndirdikləri “Amerikaya yox, İrana yox!” şüarları rəqəmlər və faizlərdə öz təsdiqini tapdı. Bu və ya digər partiyaya səs verməklə.

Çoxdandır və barışmaz şəkildə Tehranın İraqın işlərinə qarışmasının əleyhinə çıxan nüfuzlu şiə din xadimi Müqtəda əs-Sədr İran pulları hesabına mövcud olan FƏTH alyansı üzərində inamlı qələbə qazandı. 329 üzvü olan parlamentdə hazırda onun 73 yeri var. Hökuməti formalaşdırmaq üçün yetərli deyil, ancaq ona keçmiş baş nazir Nuri əl-Malikinin koalisiyasının uğuru yardımçı ola bilər. Əl-Maliki də İranın təsirinin məhdudlaşdırılmasına çalışır və seçkilərdə ikinci yeri qazanıb.

FƏTH autsayder vəziyyətində qalıb və hər hansı qanun layihəsini parlamentdən keçirmək üçün özü kimi siyasi “cırtdanlar”la müvəqqəti ittifaqa girməklə daim manevr etməyə məcburdur.

Müqtəda əs-Sədr xarici təsirin məhdudlaşdırılmasına çağıran uğurlu şiə liderin nümunəsidir...

"Amerikadan uzaq olun, İrandan isə daha çox uzaq olun", - İraq küçələrinin son səsvermədə çıxardığı hökm bu cürdür. İraq ABŞ və İranın bölgədəki rəqabət ərazisi olmaqdan bezib. Bu rəqabət isə 2020-ci ildə general Qasım Süleymaninin və İran yönümlü FƏTH alyansının hərbi qanadı olan İraq xalq səfərbərliyi Qüvvələrinin komandanının müavini Əbu Mehdi əl-Mühəndisin qətlindən sonra xüsusilə kəskinləşib.

Eyni zamanda, seçkilərin nəticələrini İranın hazırki baş naziri Mustafa əl-Kadhiminin xarici siyasətinin bəyənilməsi kimi də qiymətləndirmək olar - o, əlindən gələni edir ki, Bağdan rəqabət yeri yox, bölgədəki münaqişələrin həlli məsələsində qərəzsiz vasitəçi olsun.

Təəssüf ki, sadə iraqlılar üçün seçkinin nəticələri ilə bağlı yaxşı xəbərlər bununla da bitir. Ölkəni çətin günlər gözləyir. Heç bir siyasi qüvvə iqtisadi böhranın öhdəsindən gəlməyə, infrastrukturun bərpası və işsizliklə bağlı problemləri həll etməyə qadir deyil. Ölkəni bədbinlik bürüyüb, irəlidə siyasi mübarizənin yenidən kəskinləşməsi gözlənilir, bu isə İraqda həmişə atışma və zorakılıqla müşayiət olunur.

İran nüfuzunun zəifləməsi ilə razılaşmır və bu fikri bütün mümkün üsullarla Bağdada çatdırmağa çalışır. O cümlədən, lazım gəlsə - öz proksilərinin hərbi qruplaşmalarının köməyi ilə.

İraqın faciəsi ondadır ki, Tehranda həqiqəti anlamaqdan qətiyyətlə imtina edirlər - qonşu ölkə ilə münasibətlərdə köhnə yanaşmaların zamanı çoxdan bitib. Və iranlılar nüfuzlarını saxlamaq üçün nə qədər çox israr etsələr, İraq ondan bir o qədər çox uzaqlaşacaq. Tehranın Bağdada münasibətdə nə vaxt daha adekvat olacağını və təkəbbürünü azaldacağını isə heç kim söyləyə bilməz…virtualaz.org