Deputatın müəmmalı ölümü: həmin axşam Xətai Əliyevlə restoranda olub... - VİDEO

Deputatın müəmmalı ölümü: həmin axşam Xətai Əliyevlə restoranda olub... - VİDEO

14 Oktyabr 2021 13:44
Bəyəndim (1) Bəyənmədim (0)

Ukrayna Ali Radasının deputatı, oktyabrın 8-də gecə saatlarında Kiyevdə taksidə ölü halda aşkarlanan Anton Polyakov hadisədən az əvvəl restoranda tanışları ilə olub və orada alkoqollu içki qəbul edi

Oxuməni.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Polyakovun restoranda deputat Anna Skoroxodun köməkçisi Rüstəm Cambulatovla və Azərbaycan vətəndaşı Xətai Əliyevlə birlikdə olduğu üzə çıxıb.

Restoranın vidomüşahidə kameralarının görüntülərinə əsasən, deputat və tanışları təxminən 2 saat yarım masa arxasında oturublar. Daha sonra Polyakov restoranı tərk edib, amma görüntülərə əsasən onun restoranı normal vəziyyətdə tərk etdiyi görünür, bərk sərxoşluq əlamətləri gözə dəymir.

Daha sonra yol patrul polisinin kamerası ilə çəkilmiş görüntülərə əsasən, Polyakov taksidə huşsuz vəziyyətdə aşkarlanır. Polis və hadisə yerinə çağırılan təcili yardım briqadası ona ilk tibbi yardım göstərməyə çalışır, amma reanimasiya tədbirləri nəticə vermir.

Daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib ki, Polyakovun qanında metadon aşkarlanıb, amma bu maddənin onun qanına necə keçdiyi məlum deyil. Habelə deputatın üzərindən naməlum tərkibli maye ilə dolu iki kateter də aşkarlanıb.

Nazir müavini deyib ki, həmin axşam deputat “vətəndaş D.-yə” zəng vurub, onunla restoranda görüşüb. Daha sonra həmin şəxsin avtomobilində Kiyevdə 2 saata yaxın dolaşıb, ardınca taksiyə minib.

Taksi sürücüsü əvvəlcə ifadəsində deputatın ictimai nəqliyyatdan düşərək onun maşınına mindiyini deyib, daha sonra ifadəsini dəyişib və Polyakovun başqa avtomobildən düşüb taksiyə mindiyini bildirib. Deputatın ölümü “təbii ölüm görüntüsü yaradılmaqla törədilmiş qətl” maddəsi üzrə araşdırılır. Polyakov hakim “Xalqın qulluqçusu” partiyasından deputat seçilsə də 2019-cu ildə partiyadan istefa verib, müstəqil deputat kimi fəaliyyət göstərib.

Musavat.com