Hindistanda leysan yağışlar insan ölümlərinə səbəb olub

Hindistanda leysan yağışlar insan ölümlərinə səbəb olub

17 Oktyabr 2021 07:38
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanın cənub-qərbində yerləşən Kerala əyalətinin bir neçə bölgəsinə yağan leysan yağışları nəticəsində azı 10 nəfər ölüb, 18 nəfər itkin düşüb.

Oxuməni.az xəbər verir ki, bu barədə Hindustan Times qəzeti məlumat yayıb.

Məlumata görə, leysan yağışlardan ən çox əyalətin üç bölgəsi zərər görüb.

Hindistanın Meteorologiya İdarəsi əyalətin 6 rayonunda fövqəladə vəziyyət elan edib.

Əyalətdə azı 5 minə yaxın ailə təxliyə olunub.

Hökumət hava şəraiti ilə əlaqədar olaraq məbədlərə ziyarətin dayandırılmasına da qərar verib.