Haitidə ABŞ-ın 17 xristian missioneri və ailə üzvləri qaçırılıb

Haitidə ABŞ-ın 17 xristian missioneri və ailə üzvləri qaçırılıb

17 Oktyabr 2021 07:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-dan olan xristian missionerlər və ailələri, Haitinin paytaxtı Port-a-Prensdə cinayətkarlar tərəfindən qaçırılıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Haiti təhlükəsizlik səlahiyyətliləri məlumat yayıb.

Qəzetin yazdığına görə, cinayətkar dəstə qadın və uşaqlar da daxil olmaqla, ABŞ-dan olan 17 xristian missioneri və ailələrini qaçırıb. Qeyd olunur ki, bu, həmin insanların uşaq evindən çıxdığı an baş verib.

Hadisənin təfərrüatları məlum deyil, ancaq nəşrə görə, missionerlər hava limanına gedən avtobusdan qaçırılıb.