Mironov yenə sayıqladı: Türklər rus qızlarının  başlarına oyun açırlar

Mironov yenə sayıqladı: Türklər rus qızlarının başlarına oyun açırlar

18 Oktyabr 2021 06:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Dövlət Dumasının öz ermənipərəstliyilə tanınan deputatı Vitali Mironov növbəti dəfə antitürk xislətini nümayiş etdirib.

Oxuməni.az xəbər verir ki, o, “Danışır Moskva” radiostansiyasının efirində sərsəm təkliflə çıxış edib.

Mironov Rusiya vətəndaşı olan subay xanımlara istirahət məqsədilə Türkiyəyə səfər etməyin qadağan olunmasını istəyib.

Erməni lobbisi tərəfindən maliyyələşdirilən millət vəkili Türkiyəli gənclərin rus qızlarını saxta içkilərlə məst etdikdən sonra onların başına oyun açdıqlarını iddia edib.

Qeyd edək ki, Milonov ara-sıra sərsəm təkliflərilə gündəmə gəlməyi, deyəsən çox xoşlayır. Bir müddət öncə o, kollektor fəaliyyətilə məşğul olan Rusiya vətəndaşlarını pensiyadan məhrum etməyə çağırmışdı