Separatçılara ən yeni “Qrad-K” reaktiv yaylım atəşi sistemlərinin ötürüldüyü üzə çıxdı

Separatçılara ən yeni “Qrad-K” reaktiv yaylım atəşi sistemlərinin ötürüldüyü üzə çıxdı

24 Noyabr 2021 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Donbass separatçılarının sərəncamına Rusiyanın ən yeni reaktiv yaylım atəşi sistemlərinin verildiyi üzə çıxıb. Oxuməni.az xəbər verir ki, “KAMAZ” avtomobillərinin bazasında yığılmış “Qrad-K” reaktiv yaylım atəşi sistemləri rəsmən ancaq Rusiya ordusunun silahlanmasında yer alır və dünyanın başqa heç bir ölkəsinə satılmayıb. Bu da onu təsdiq edir ki, həmin sistemlər separatçılara Rusiya tərəfindən verilib.

ATƏT-in monitorinq missiyasının məlumatına görə, Donbass ərazisində atəş mövqeyinə çıxarılmış 11 reaktiv yaylım atəşi sistemi qeydə alınıb, onların arasında iki “Qrad-K” yer alır.

Qeyd edək ki, bu fakt Rusiyanın Ukrayna sərhədləri boyu qoşun cəmləşdirməsi və Qərb ölkələrinin Kremlin yaxın həftələrdə, şaxtaların düşməsi ilə hücum əmri verəcəyi barədə bir-birinin ardınca daxil olan kəşfiyyat məlumatları fonunda qeydə alınıb. Hazırda Donbassda Ukrayna ordusu ilə separatçılar arasında tez-tez mövqe döyüşləri baş verir, tərəflər ağır artilleriyadan istifadə edirlər.