Ermənistanda anti-Rusiya ovqatı: Aviabazanın komandiri etiraz edir

Ermənistanda anti-Rusiya ovqatı: Aviabazanın komandiri etiraz edir

25 Noyabr 2021 06:17
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda anti-Rusiya meylləri yenidən inkişaf etdirilir, bu məsələdə rəsmi İrəvan da maraqlıdır.

Səbəbə gəlincə, Ermənistan Rusiyanın orbitindən çıxaraq Qərbə meyillənmək istəyir və ya ikili oyun oynayır.

Oxuməni.az-ın verdiyi xəbərə görə, məsələ ilə bağlı Ermənistanın “Hraparak” qəzeti yazır ki, Rusiyanın “Erebuni” aviabazasının komandiri Aleksandr Petrov müdafiə naziri Arşak Karapetyanın işdən qovulmasına səbəb kimi az qala özünü göstərib.

Aleksandr Petrov şəxsi söhbət əsnasında şikayət edib ki, Ermənistanın müdafiə naziri Karapetyan ilə görüşəndən 4 gün sonra onu işdən qovdular.

“Ya mənə nifrət edirlər, ya da çox mürəkkəb proseslər gedir, heç nə başa düşmürəm. Biz Ermənistanın təhlükəsizliyini təmin etmək üçün böyük bazayıq, amma bizdən uzaqlaşırlar və bizimlə əlaqə qurmaq istəmirlər. Yaxşı, dialoqdan yayınırsınız, öz işinizdir”, - deyə “Hraparak” Petrovun belə söylədiyini yazır.

Bu azmış kimi Petrov İrəvana başqa məzəmmət də səsləndirib:

“Ermənistana dəstək əlaməti olaraq bu günlərdə İrəvan səmasında aviaşou təşkil etdik. Xüsusi olaraq müdafiə naziri Suren Papikyanı dəvət etdik, amma o, gəlmədi və hətta idarəsindən adam da göndərmədi. Bu nədir, müttəfiqlərimiz bizə nəyi anlatmağa çalışırlar?”.

Qeyd edək ki, noyabrın 15-də müdafiə naziri Arşak Karapetyan vəzifəsindən çıxarılıb, onun yerinə Suren Papikyan təyin olunub.

Noyabrın 23-də İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı “minnətdarlıq mitinqi” keçirilib.

Səfirliyə təqdim olunmuş və Con Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana “daha aktiv dəstək verməyə” çağırırlar və Rusiyadan şikayətlənirlər.

Aksiyada səslənən bəzi şüarlara diqqət edək: “Bizim xilasımız ABŞ və Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmirlər, Amerika isə 100 il əvvəli proqramlaşdırır”, “Ermənistanda Vudro Vilsonun abidəsi qoyulmalıdır”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər” və s.

Bir tendensiya var: Qərb Ermənistana hansısa vəd verdikdə, ölkədə anti-Rusiya ovqatı yaranır və körüklənir. Amma Rusiya da bunu anlayır və Baş nazir Nikol Paşinyanı cəzalandırmaq üçün təzyiqləri işə salır.oxu.az)\