“Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır...”

“Sərhəd danışıqlarını ancaq bizim xəritələrlə aparmaq olar, Müdafiə Nazirliyində saxlanılır...”

25 Noyabr 2021 16:22
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının toplantısında iştirak etmək üçün Sankt-Peterburqa səfər edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.

Oxuməni.az xəbər verir ki, Matviyenko Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqların başlaması zərurətini qeyd edib.

“Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından düz bir il keçir. Üç dövlətin (Azərbaycan, Ermənistan və Rusiya) rəhbərlərinin müdrikliyi çatdı ki, qan axıdılmasının dayandırılması naminə sənədi imzalasınlar və dinc dialoqa keçsinlər. Lakin danışıqlar prosesi ləng irəliləyir, buna görə də regionda gərginlik qalır”, - Rusiyanın ikinci şəxsi görüşdə bildirib.

Matviyenko vurğulayıb ki, bu gün əsas vəzifə sərhədlərin o cür müəyyən edilməsidir ki, tərəflərdən heç birinin döyüş əməliyyatlarını bərpa arzusu meydana çıxmasın.

“Rusiya bu işə öz köməyini təklif edib, nəzərə alaraq ki, sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onlar yoxlanılıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar və Azərbaycanla Ermənistan bu yanaşmanı dəstəkləyir. Anlayış və razılıq var, amma proses ləng gedir. Bunun da nəticəsində gərginlik yaranır”, - Federasiya Şurasının sədri belə deyib.

Sahibə Qafarova isə bildirib ki, Azərbaycan da Qarabağda sülhün və sabitliyin yaranmasına hədəflənib. Onun sözlərinə görə, regionda sülh yaranmadan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması haqda danışmaq mümkün deyil.

“Biz görürük ki, dünya ictimaiyyəti necə genişlənir, bununla yanaşı biz başa düşürük ki, dar mənada indi bizim regionun heç bir ölkəsinin inkişafı barədə ayrılıqda danışmaq mümkün deyil-hökmən hansısa qarşılıqlı əlaqələr tələb olunur. Bütün bunları sülhün təmin edilməsi baş vermədən etmək mümkün deyil” , -Milli Məclisin sədri deyib.virtualaz.org