Kreml: “Bu görüş Putinin təşəbbüsü ilə keçirilir...”

Kreml: “Bu görüş Putinin təşəbbüsü ilə keçirilir...”

26 Noyabr 2021 10:11
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verildiyi kimi, bu gün Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.

Oxuməni.az xəbər verir ki, bu görüşün nəhayət Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi və nəqliyyat kommunikasiyalarının açılmasında mühüm irəliləyişə gətirib çıxaracağına ümidlər var.

Görüş ərəfəsində Kremlin mətbuat xidməti Soçi danışıqlarının gündəmində nələrin yer alacağına dair bəyanatla çıxış edib. Orada bildirilir ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir illiyinə həsr edilmiş üçtərəfli danışıqlar noyabrın 26-da Soçidə baş tutacaq. Kremlin mətbuat xidməti bu görüşün Rusiya dövlət başçısının təşəbbüsü ilə keçirildiyini vurğulayır.

Bəyanatda deyilir ki, danışıqlarda 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar üçtərəfli razılaşmalarının həyata keçirilməsininin gedişinə nəzər salmaq, habelə regionda stabilliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması istiqamətində sonrakı addımları müzakirə etmək planlaşdırılır. Bu zaman ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərinə xüsusi diqqət ayrılacaq. Rusiya prezidentinin mətbuat xidməti onu da bildirir ki, Putinin Əliyev və Paşinyanla ayrıca söhbətləri də nəzərdə tutulur.