Ukrayna Prezidenti dövlət çevrilişinin planlaşdırıldığını açıqlayıb

Ukrayna Prezidenti dövlət çevrilişinin planlaşdırıldığını açıqlayıb

26 Noyabr 2021 16:04
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 1-nə dövlət çevrilişi həyata keçiriləcəyi ilə bağlı məlumat aldığını bildirib.

Oxuməni.az UNİAN-a istinadən xəbər verir ki, o, bu barədə noyabrın 26-da keçirdiyi mətbuat konfransında açıqlayıb.

V.Zelenski deyib ki, milyarder iş adamı Rinat Axmetov Ukraynada da dövlət çevrilişinin planlaşdırılmasında iştirak edir: “Bunun üçün milyardlarla dollar ayrılıb”.

Dövlət başçısı vurğulayıb ki, dövlət çevrilişinə və bunda iş adamının iştirakına inanmır.