Paşinyandan görüş sonrası açıqlama: Bunu hədəfləyirik!

Paşinyandan görüş sonrası açıqlama: Bunu hədəfləyirik!

27 Noyabr 2021 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Çox pozitiv görüş oldu, biz faktiki olaraq gündəlikdəki bütün məsələləri müzakirə etdik.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Soçidə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra açıqlamasında deyib.

“Qeyd edim ki, bir çox məsələdə mövqeyimizi dəqiqləşdirdik. Məlum oldu ki, əksər məsələlərdə baxışlarımızda heç bir fərq yoxdur. Regionda bütün nəqliyyat və iqtisadi kommunikasiya kanallarının necə işləyəcəyi ilə bağlı ümumi düşüncəyə sahib olduğumuzu qeyd etdik. Delimitasiya və demarkasiya prosesinin başlanması mövzusu yeni deyil, bu mövzunu müzakirə etdik”, - deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, üçtərəfli bəyanat qəbul etdik, orda Ermənistan və Azərbaycan sərhədində stabillik və təhlükəsizlik üçün hansısa bir mexanizmin yaradılması nəzərdə tutulur:

“Humanitar məsələlərə də toxunuldu. Ümumilikdə bugünkü görüşü çox pozitiv qiymətləndirirəm. Düşünürəm, bu görüş əsasında söhbətimizin müəyyən dinamikasını yaratmaq mümkün olarsa, konkret nəticələr gözləmək olar. Mən Ermənistanın və onun hakimiyyətinin sülh erası açmaq, ölkəmizin və regionun dinc inkişafı üçün hazır olduğunu təsdiqləyirəm, biz bunu hədəfləyirik. Bugünkü iclas bu gündəliyin həyata keçirilməsinə fayda verdi”.