Ermənistan Kremlə rəqibləri ilə xəyanət edir: Rusiya yaxşı bilir ki, ... - Yevgeni Mixaylov

Ermənistan Kremlə rəqibləri ilə xəyanət edir: Rusiya yaxşı bilir ki, ... - Yevgeni Mixaylov

7 Dekabr 2021 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fikrimcə, Nikol Paşinyan Brüsseldə xüsusi sürprizlər gətirməyəcək".

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, "Jurnalist araşdırması" adlı "Youtube" kanalının aparıcısı Yevgeni Mixaylov Milli. az-a açıqlamasında deyib.

Rusiyalı ekspert bildirib ki, Rusiya Paşinyanın Brüsseldə özbaşınalığına imkan verməyəcək:

"Ermənistanın baş nazirinin Brüsseldəki hərəkətlərini, deyəcəklərini qabaqcadan tamamilə proqnozlaşdırmaq mümkündür. Nikol Paşinyan təbii ki, 2020-ci ilin 10 noyabrında üçtərəfli sazişin imzalanması zamanı və Soçi görüşü zamanı (2021-ci il 26 noyabr) üzərinə götürdüyü öhdəlikləri hansısa formada sabotaj etməyə çalışacaq. Yenə də bunu açıq şəkildə yox, müəyyən vasitələrlə gerçəkləşdirmək istəyəcək.

İrəvan saxtakarlığı sevir. Öncə məsələnin çözülməsində Rusiyanın iştirakının əhəmiyyətindən danışır, ancaq paralel olaraq rəsmi Moskvanın arxasınca onun strateji rəqibləri ilə danışıqlar aparır. Amma eyni zamanda qeyd etmək istərdim ki, Brüsseldə istənilən halda Moskvanın sülhməramlı prosesin əsas moderatoru kimi Azərbaycana verdiyi təminatları poza biləcək razılaşma əldə olunmayacaq.

Paşinyanın gizli şəkildə himayədarını dəyişmək və müvafiq olaraq Kreml və Bakı qarşısında götürdüyü öhdəliklərdən uzaqlaşmaq cəhdləri Rusiya tərəfindən dərhal yatırılacaq və bu, özünü aldatmağa imkan verməyəcək".