İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması  Ermənistanı şoka salıb

İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açıqlaması Ermənistanı şoka salıb

8 Dekabr 2021 14:11
Bəyəndim (11) Bəyənmədim (0)

"Azərbaycan prezidenti İlham Əliyevin “Zəngəzur dəhlizi” ilə bağlı açıqlaması Ermənistan hakimiyyəti üçün gözlənilməz olub".

Oxuməni.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan TASS-a verdiyi müsahibədə bildirib.

O, Ermənistan, Azərbaycan və Rusiya Baş nazir müavinlərinin regional kommunikasiyaların blokadadan çıxarılması məsələsi üzrə işinin artıq razılaşdırılmış prinsiplər əsasından davam etdiriləcəyinə ümidvarlığını qeyd edib.

“Bakının son bəyanatı bizim üçün sürpriz oldu. Güman edilirdi ki, yaxın günlərdə işçi qrupun işini davam etdirəcəyik. Ümid edirik ki, vəziyyət konstruktiv səviyyəyə qayıdacaq. Biz artıq razılaşdırılmış əsas prinsiplər çərçivəsində işləməyə davam edəcəyik”, - deyə Mqer Qriqoryan bildirib.

Onun sözlərinə görə, “işçi qrupunun indiyədək bütün görüşləri konstruktiv dialoq miqyasında keçirilib”.

Mqer Qriqoryan vurğulayıb ki, işçi qrupu çərçivəsində tərəflər "dəmir yolu infrastrukturunun bərpası və blokadadan çıxarılması məsələlərində qarşılıqlı anlaşma əldə ediblər".

“Həmçinin belə bir anlayış var idi ki, yolların suverenliyi onların keçdiyi ölkələrə məxsus olacaq, həmin ölkənin yurisdiksiyasında olacaq. Digər məsələlər üzrə də nüanslar var”, - deyə Baş nazirinin müavini vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin işçi qrupunun sonuncu iclası dekabrın 1-də Moskvada baş tutub.