ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi   Ukrayna ordusunu ruslara qarşı müqavimət əməliyyatına hazırlayıb - Şok

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Ukrayna ordusunu ruslara qarşı müqavimət əməliyyatına hazırlayıb - Şok

16 Yanvar 2022 09:37
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyanın mümkün hücumuna qarşı müqavimət əməliyyatı keçirmək üçün Ukrayna ordusu və kəşfiyyatının bir qrupuna gizli təlim keçib.

Oxuməni.az xəbər verir ki, belə iddia ilə yahoo.news çıxış edib.

Sayt keçmiş və indiki kəşfiyyat rəsmilərinə əsaslanaraq qeyd edir ki, sabiq prezident Barak Obama dövründə yaradılmış Mərkəzi Kəşfiyyat İdarəsinin Quru Əməliyyatlar Departamentinin Ukrayna xüsusi təyinatlıları və kəşfiyyata bağlı qüvvələrə paramiliter əməliyyatlarla bağlı təlim keçib.

ABŞ-ın cənub ştatlarından birində keçirilən bir neçə həftəlik intensivləşdirilmiş təlimin silah istifadəsi, kamuflyaj və quruda naviqasiya kimi bir çox mövzuları əhatə etdiyi iddia edilir. Proqramın Rusiyanı birbaşa dəf etmək və mümkün bir işğalda ruslara qarşı müqavimət əməliyyatı keçirmək üzərində qurulduğu və təlim keçmiş qrupun yaxın gələcəkdə Rusiyaya qarşı kritik rol oynayacağı bildirilib.

Bildirilir ki, MKİ-nin sözügedən bölməsinə bağlı agentlər 2015-ci ildən mütəmadi olaraq Ukraynanın şərqinə gedib və Ukrayna ordusuna taktiki dəstək veriblər.