"Rusiyanı SWIFT-dən kənarlaşdırmaq maliyyə bazarı üçün atom bombasıdır"

"Rusiyanı SWIFT-dən kənarlaşdırmaq maliyyə bazarı üçün atom bombasıdır"

17 Yanvar 2022 00:35
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının təyin olunmuş sədri Fridrix Merts - AFR kansleri postundan getmiş Angela Merkelin silahdaşı bəyan edib ki, Rusiyanın banklararası SWIFT sistemindən sıxışdırılması bütün dünya bazarı üçün atom bombası olacaq.

«SWIFT məsələsi kapital bazarları, mal və xidmət bazarları üçün atom bombası ola bilər» - belə imkanı şərh edərkən o, qeyd edib. O, sözügedən banklararası sistemə toxunmamağa çağırıb.

Merts xəbərdarlıq edib ki, Rusiyanı banklararası sistemdən kənarlaşdırmaq bütün iqtisadiyyatın, o cümlədən Almaniya iqtisadiyyatının enməsinə səbəb olar. «Biz, güclü ixrac olkəsi olaraq, özümüzə əhəmiyyətli ziyan vurarıq» - o, qeyd edib.

Siyasətçi əlavə edib ki, bundan nəinki Rusiya və Avropa arasında əmtəə dövriyyəsi, həm də dünya ticarəti ziyan çəkər. Oxuməni.az