Ermənistan Türkiyə qarşısında geri addım atır: "Soyqırımının" tanınmasından imtina, gerbdə dəyişiklik

Ermənistan Türkiyə qarşısında geri addım atır: "Soyqırımının" tanınmasından imtina, gerbdə dəyişiklik

17 Yanvar 2022 11:23
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistan konstitusiyasından ermənilərin “soyqırımı” ilə bağlı ifadə çıxarılacaq, ölkənin gerbi və himni dəyişdiriləcək”.

Oxuməni.az xəbər verir ki, bu barədə Respublika Partiyasının spikeri Eduard Şarmazanov öz Facebook səhifəsində yazıb.

“Rejim konstitusiya “islahatları” elan edib. Bəs türklərlə bayraqsız danışıq aparan kapitulyantların “konstitusiya islahatları”nda məqsəd nədir?

Çoxları idarəetmə sisteminin dəyişdirilməsində israr edəcək. Amma indiki rejimin əsas məqsədi bu deyil.

Belə bir fikir var ki, islahatların məqsədi Üçüncü Cümhuriyyətin “səhifəsini” bağlamaq və dördüncü “Cümhuriyyət”in “yeni” dövrünü elan etməkdir. Bunun baş verməsi üçün isə Ermənistanın dövlət-milli maraqlarına xidmət edən “erməni soyqırımı”nın tanınması və pislənməsi ifadəsini çıxarmaq lazımdır”, – Şarmazanov yazır.

Partiya üzvü onu da qeyd edir ki, bununla paralel olaraq dövlət rəmzləri - himn və gerb dəyişdirilə bilər: “İstisna etmirəm ki, gerbdən Ağrı dağı yığışdırılacaq”.