ABŞ Avropada müharibəyə hazırlaşır: 8500 nəfər döyüşə hazırlıq vəziyyətinə gətirilib

ABŞ Avropada müharibəyə hazırlaşır: 8500 nəfər döyüşə hazırlıq vəziyyətinə gətirilib

25 Yanvar 2022 09:53
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzə hər an başlaya bilməsi ABŞ-da həyacanla qarşılanmaqdadır. Vaşinqton təcili şəkildə hərbi hazırlığı gücləndirməkdədir.

Bu müstəvidə də Ukrayna ətrafındakı vəziyyətə görə Pentaqon ABŞ ərazisində 8500 nəfərlik kontingenti Avropaya göndərilmək üçün yüksək döyüş hazırlığı səviyyəsinə gətirib. Lakin onların qitəyə göndərilməsi barədə qərar verilməyib.

Oxuməni.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə nazirliyinin rəsmisi Con Kirbi mətbuata açıqlamasında bildirib.
“Müdafiə naziri Lloyd Ostin ABŞ ərazisindəki bəzi hərbi hissələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsini əmr edib. Bu hərbçilərin sayı 8500 nəfərə çatır. Lakin onların harasa göndərilməsi barədə qərar yoxdur”, deyə Krbi jurnalistlərə bildirib.

Kirbi əlavə edib ki, ölkə xaricindəki qoşunlar da yüksək döyüş hazırlığı səviyyəsinə gətirilib.