“Kadırov Rusiya prezidentliyinə namizəd ola bilər” - Peskovdan şok açıqlama

“Kadırov Rusiya prezidentliyinə namizəd ola bilər” - Peskovdan şok açıqlama

25 Yanvar 2022 22:27
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya prezidenti olsaydı, Ukrayna ərazisinə qoşun yeridəcəyi ilə bağlı bəyanatını şərh edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

“Rusiyanın bütün vətəndaşları kimi, Ramzan Kadırov da növbəti prezident seçkilərində namizəd ola bilər. Bu hüquq konstitusiyada təsbit edilmişdir və bu məsələdə heç bir qanuni məhdudiyyəti olmayan müəyyən bir yaşa çatmış hər bir Rusiya vətəndaşı iştirak edə bilər. Amma ümumilikdə xatırlatmaq istəyirəm ki, Rusiyanın xarici siyasətinin əsasları Rusiya dövlətinin başçısı tərəfindən formalaşdırılır", - deyə Peskov bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Kadırov "İnstaqram"da Çeçenistan parlamentinin sədri Maqomed Daudovla canlı yayımda Rusiya prezidenti olsaydı, Ukraynaya qoşun yeridəcəyini bildirmişdi.