“Putin sonda uduzacağını qəbul etməlidir” - Uolles

“Putin sonda uduzacağını qəbul etməlidir” - Uolles

12 May 2022 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilənin uğursuzluğa düçar olduğu və ölkəsinin müharibədən zəifləyərək çıxacağı reallığı ilə üzləşməli olacaq.

Oxuməni.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.

Ben Uollesin sözlərinə görə, Rusiya qoşunları Ukraynanın şərqində yeni hücumda sürət qazanmaq üçün mübarizə aparır, lakin onların qüvvələri tükənib və beynəlxalq sanksiyalara görə Rusiya iqtisadiyyatı geriləyir.

“Putin sonda uduzacağını qəbul etməlidir. Ona görə də Ukraynada nə olur olsun, Rusiya indi bu işğaldan əvvəlkindən daha kiçikdir”, - nazir bildirib.

Onun sözlərinə görə, Kremlin böyük hücum elan etdiyi Donbasda Rusiya qüvvələri köhnəlmiş taktikalara arxalanmaqda davam edir. O, rusların razılaşdırılmamış quru əməliyyatları ilə birlikdə ağır, çox vaxt qeyri-dəqiq bombardmanlar etdiyini açıqlayıb: “Onlar çoxlu səhvlər edirlər, lakin onların cavabı daha çox qarmaqarışıqlıq, daha qəddarlıq və daha çox top yemidir”.

Nazir həmçinin bildirib ki, Britaniyanın siyasəti Rusiyanın Ukraynada məğlubiyyətini təmin etmək olub: “Putin Ukraynada uğursuzluğa düçar olmalıdır. Onun uğurunun nəticələri bütün dünyada hiss olunacaq dalğa olacaq”.