“Qoşunların koordinatlarını Bakıda işləyən şəxs verib”

“Qoşunların koordinatlarını Bakıda işləyən şəxs verib”

28 İyun 2022 09:58
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın baş naziri uzun illər Ermənistan ordusunun sıralarında hökm sürən vəziyyəti absurd adlandırıb.

50-dən çox erməni hərbçisi dövlətə xəyanətdə ittiham olunur.

Oxuməni.az xəbər veri ki, bunu Baş nazir Nikol Paşinyan onlayn mətbuat konfransı zamanı deyib. O, vəziyyəti, yumşaq desək, absurd adlandırıb.

“Bu illər ərzində ordumuzun şərəfinə sağlıq demişik, tost qaldırmışıq, amma indi bir-birinin ardınca cinayət işləri baş verir, bunları nəzərdə tuturam... Belə çıxır ki, bizim üçün koordinatları tərtib edən şəxs Azərbaycan kəşfiyyatına işləyib və bizə yanlış koordinatlar verib”, - deyə Paşinyan bildirib.

Baş nazir tələb olunan 20 km əvəzinə cəmi 10 km məsfə qət edən mərmilərin alınmasını da xəyanət kimi qiymətləndirir.

Paşinyan onu da əlavə edib ki, 44 günlük müharibədən əvvəl Ermənistan ordusunda 2018-ci ildən çox əvvəl mövcud olan problemlərdən danışa bilməzdi, yəni onun hakimiyyətə gəlməsi 2016-cı ilin aprel eskalasiyasının səbəblərinə aydınlıq gətirə bilməzdi. Və onun indi 2020-ci il müharibəsinin qarşısını ala bilməməsi və ya istəməməsi ilə bağlı qınaq edilməsi Paşinyanın nöqteyi-nəzərindən heç bir tənqidə tab gətirmir.