Rusiya və Ermənistan arasında gizli gərginlik – Putin Arutyunyanı niyə qəbul etmir?

Rusiya və Ermənistan arasında gizli gərginlik – Putin Arutyunyanı niyə qəbul etmir?

28 İyun 2022 12:43
Bəyəndim (0) Bəyənmədim (0)

Vaqarşak Arutyunyan yanvarın 5-dən Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə təyin olunmasına baxmayaraq, hələ də rəsmi olaraq işə başlamayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan məlumat verib.

“Maraqlıdır ki, həmin müddət ərzində Nikol Paşinyan yeganə rəsmi səfərini Rusiyaya edib. Eyni zamanda, KTMT Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün növbəti dəfə Rusiyaya işgüzar səfərə gedib. Növbəti işgüzar səfəri Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilən Ermənistan Prezidenti Vaaqn Xaçaturyan edib. Ermənistan səfirinin etimadnaməsini ona təqdim edənə qədər Rusiya prezidentinin iştirakı ilə keçiriləcək görüşlərdə iştirak etmək hüququ yoxdur”, - Qazaryan bildirib.

Keçmiş diplomat yeni səfirin Putin tərəfindən qəbul edilməməsinin səbəbinə də diqqət çəkib:

“Bu, onun bu müddət ərzində bir çox qalmaqalların mərkəzində görünməsi ilə bağlıdır”.