Rusiyanın Xerson planı baş tutmadı – Hədəfini dəyişdirdi

Rusiyanın Xerson planı baş tutmadı – Hədəfini dəyişdirdi

29 İyun 2022 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Ukraynanın cənubunun işğal olunmuş hissəsində yenidən 1917-ci ildə mövcud olmuş Tavriya vilayətini yaratmağa çalışırlar.

Oxuməni.az xəbər verir ki, bunu ukraynalı politoloq Maksim Mayorov deyib.

O, bunu Rusiyanın “Xerson Xalq Respublikası” yaratmaq cəhdinin uğursuzluğu ilə izah edib:

“Rus təxəyyülündə yaxşı Ukrayna Sovet Ukraynasıdır. Bu, onların ukraynofob ideyaları çərçivəsinə uyğun gəlir. İndi də işğal olunmuş ərazilərlə nə edəcəklərini düşünürlər”.

Ekspertin sözlərinə görə, Bolşevik İnqilabından əvvəl dövrlərdə Tavriya Krımı, Xerson vilayətinin sol sahilini və Zaporojye vilayətinin bir hissəsini birləşdirib.

“Xerson Xalq Respublikası” yarada bilmədilər. Çünki işğal olunmuş ərazilərdə onlara dəstək yoxdur, bu da onların bütün planlarını pozur. Əgər Krımda (2014-cü ildə - red.) “referendum” planı üç dəfə pozulmuşdusa, Xersonda isə tamamilə gələcəyə təxirə salınıb”, - Mayorov qeyd edib.