Moskvanın 80 kilometrliyində partlayış!.. - Nə baş verir?..

Moskvanın 80 kilometrliyində partlayış!.. - Nə baş verir?..

30 İyun 2022 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ərazisində Putin rejiminin “xüsusi hərbi əməliyyat”ı davam edərkən Rusiyada sursat anbarları yanmaqda davam edir.

Oxuməni.az xəbər verir ki, bu barədə tanınmış Ukrayna jurnalisti Roman Tsımbalyuk "Facebook" səhifəsində yazıb.

Detallar:

Jurnalistin sözlərinə görə, iyunun 22-də Barsovo kəndində (Vladimir vilayəti) RF Müdafiə Nazirliyinin Baş raket-artilleriya idarəsinin raket, sursat və partlayıcı materialların kompleks saxlandığı arsenalında (55443 saylı hərbi hissə) yanğın baş verib.

“Yanğın zamanı döyüş sursatının partlaması nəticəsində 400-dən çox "9M113 (9M113K)"- “Konkurs” markalı tank əleyhinə raket kompleksi və onlar üçün mərmilər məhv edilib. Həmçinin RF Silahlı Qüvvələrinin 3-dən çox hərbçisi həlak olub” -deyə jurnalist bildirib.

Qeyd olunur ki, sursat partlayışları Moskvadan cəmi 80 km aralıda baş verib.

Bundan bir müddət öncə Rostov vilayətində partlayış səsindən sonra əvvəllər Putinin qızının xaç atası Viktor Medvedçuka məxsus olmuş Novoşaxtinski neft emalı zavodunda yanğın baş verib. Yanğının sahəsi 50 kvadratmetri əhatə edib.

Xatırladaq ki, "Mash" Telegram-kanalının yaydığı məlumat və video-görüntülərə görə, dünən günorta saatlarında Moskvanın Kaşirskoye şossesində avtomobil şinləri olan böyük anbar da yanıb.

Yanğının sahəsi 500 metrdir. Moskvanın müxtəlif yerlərindən qatı tüstü sütunu görünüb. Mütəmadi partlayış səsləri eşidilib...Moderator.az