Putinin ən yaxın silahdaşları  – Rusiyalı biznesmen adlarını sadalayıb

Putinin ən yaxın silahdaşları – Rusiyalı biznesmen adlarını sadalayıb

5 Avqust 2022 11:30
Bəyəndim (0) Bəyənmədim (0)

Putin qərar qəbul edərkən özünün silahdaşlar qrupu ilə məsləhətləşir. Tez-tez qərarları təkbaşına qəbul edir, belə tendensiya 2012-ci ildən müşahidə olunur.

Oxuməni.az xəbər verir ki, bu barədə Dmitri Qordona müsahibəsində rusiyalı-israilli biznesmen, YUKOS neft şirkətinin keçmiş rəhbərlərindən biri Leonid Nevzlin danışıb.

Nevzlinin məlumatına görə, Putinin yaxın ətrafına10-a faxın adam daxildir - onlar biznesmenlər, dövlət korporasiyaları başçıları, yüksək məqamlı məmurlar, güc strukturlarının nümayəndələridir. İlk növbədə, söhbət biznesmenlərdən və «Rossiya» bankının əsas səhmdarı Yuri Kovalçukdan gedir, Nevzlin danışıb.

Həm də aşağıdakılar Putinin silahdaşı hesab olunurlar:

- «Rosneft»in başçısı İqor Seçin;

- «Rostex»in başçısı Sergey Çemezov;

- Biznesmenlər Arkadi Rotenberq və Gennadi Timçenko;

- FTX direktoru Aleksandr Bortnikov;

- Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev;

- Kreml məmurları, Sergey Kiriyenko və Aleksey Qromov, Dmitri Kozak.

Biznesmenin sözlərinə görə, Putin administrasiyasının rəhbəri Anton Vaynonun özünün Putinə təsiri yoxdur.

Buradan göründüyü kimi, Ukraynaya qarşı Rusiya Federasiyasının işlədiyi hərbi cinayətlədə Putinlə bərabər bu şəxslər də məsuliyyət daşıyırlar.AzPolitika.info