Türkiyədə güclü meşə yanğını başlayıb

Türkiyədə güclü meşə yanğını başlayıb

6 Avqust 2022 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Hatay əyalətində güclü meşə yanğını başlayıb.

Bu barədə Oxuməni.az yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, təbii hadisə axşam saatlarında Samandağ rayonundakı meşəlik ərazidə qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.