İranın İsrailə Təbriz cavabı əks-effekt verdi –

İranın İsrailə Təbriz cavabı əks-effekt verdi –

7 Avqust 2022 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Azərbaycandakı səfiri Corc Dikin “Təbrizin sehrli nağılları” kitabı ilə eyhamına İran daha bir cavab hazırlayıb.

Oxuməni.az Yenipress.az-a istinadla xəbər verir ki, başda Ali dini lider Əli Xamenei olmaqla, İranın bəzi rəsmilərinin “Fələstin nağılları” oxuduğunu əks etdirən fotolar paylaşılıb. Bununla İsrail səfirinin mesajına daha bir cavab verdiklərini düşünüblər.

Ancaq olduqca təzadlı bir vəziyyət yaranıb. Belə ki, İran rəsmiləri İsrailin Fələstin torpaqlarını işğal etdiyinə diqqət çəkiblər. Bu isə paralel olaraq Təbrizin və Güney Azərbaycanın İran tərəfindən işğal olunmasını ittiham edən İsraillə razılaşmaq deməkdir. Yəni “sən mənim işğal etdiyim Təbrizi paylaşırsan, mənsə sənin işğal etdiyin Fələstini...”