Ukraynadakı müharibədə ən kritik dövr yaşanacaq

Ukraynadakı müharibədə ən kritik dövr yaşanacaq

22 Sentyabr 2022 06:19
Bəyəndim (0) Bəyənmədim (0)

Xorvatiya Prezidenti Zoran Milanoviç rusiyalı həmkarı Vladimir Putinin ölkəsində səfərbərlik elan etməsinə münasibət bildirib.

Oxuməni.az xəbər verir ki, Xorvatiya lideri Rusiya prezidentinin bu qərarın bölgədə vəziyyəti daha da pisləşdirə biləcəyini söyləyib.

Milanoviç Rusiya rublunun uzun müddətdir sabit-durğun xətdə dayandığını deyib:

“Bu, Ukraynada müharibənin uzanması deməkdir. Çünki müharibəni maliyyələşdirmək üçün əlverişli şərait yaranıb. Belə hesab edirəm ki, Putin bu iqtisadi sabitliyə görə daxildən siyasi dəstək ala bilir”.

Milanoviç Qərbin Rusiyanı yormağı hədəflədiyini iddia edib:

“Ancaq 6 aydan sonra Rusiyanın cəmi 150 min peşəkar hərbçisi ilə qeyri-mümkün olanı edə biləcək vəziyyətdə olmadığını görürük. İndi qismən səfərbərlik var, çünki piyada kimi peşəkar hərbçilərdən istifadə olunacaq”.

Rusiyanın iqtisadi cəhətdən parçalanmadığını bildirən Milanoviç, əksinə, Putinin evində sabit siyasi məkan formalaşdırdığını bildirib.

Putinin qismən səfərbərlik qərarına toxunan Xorvatiyə prezidenti qeyd edib:

“Bu, bir lider üçün ən həssas məsələlərdən biridir, çünki burada ana faktoru önə çıxır. Peşəkar hərbçilərin anası yoxdur, amma ana nə qədər müqəddəs olsa da, səfərbər olan oğluna dözə bilmir. Bu kontekstdə Ukraynadakı müharibədə ən kritik dövr yaşanacaq”.