Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun generalı yaralanıb"

Ukrayna Baş Qərargahı: "Rusiya ordusunun generalı yaralanıb"

23 Sentyabr 2022 09:35
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Silahlı Qüvvələrinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun 144-cü motoatıcı diviziyasının komandiri, general-mayor Oleq Tsokov Svatove qəsəbəsi ərazisində yaralanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, general-mayor yaralndıqdan sonra təxliyə edilib.

Həmçinin Baş Qərargahın məlumatında Rusiya ordusunun itkilər verdiyi bildirilib: "Xüsusilə rəhbər şəxslər arasında itkilər var. Rusiya tərəfi işğal olunmuş ərazilərdə məcburi səfərbərliyi davam etdirir. Rusiya Silahlı Qüvvələrinin Marşal Vasilevski adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasının sonuncu kurs tələbələrinin ordu sıralarına cəlb olunması da məlumdur. Rusiya hərbi rəhbərliyini sentyabrın 26-dan oktyabrın 24-dək Moskva Birləşmiş Hərbi Komandanlıq Məktəbinin bazasında ehtiyatda olan hərbçilərlə görüşü planlaşdırır".

Məlumatda vurğulanıb ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri gün ərzində Kupyansk, Spirne, Mayorsk, Zaitseve, Avdiivka, Novomıxaylivka, Opıtne və Kamianka yaşayış məntəqələrinin ərazilərində düşmənin hücumlarını dəf edib: "Qarşı tərəfin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 25 raket və zenit-raket komplekslərinin olduğu 6 mövqe vurulub. Hava hücumunundan müdafiə bölmələrimiz qarşı tərəfin "Mi-8" helikopterini məhv edib".